Facebook  Twitter  YouTube

Şirkət haqqında

about

“AMASS Group” şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Əsas fəaliyyət sahəsi PVC-dən profillərin istehsalı avropa standartlarına uyğun Alman texnologiyası ilə PVC və alüminiumdan qapı və pəncərə bloklarının, arakəsmələrin, şüşəbəndlərin və s. istehsalı, qapı və pəncərə istehsalı üçün lazım olan xammal materialların, aksesuarların, dəzgahların və s.-lərin satışıdır.

Şirkətin bu prosesi yerinə yetirmək üçün geniş bazası, Almaniyadan gətirilmiş müasir dəzgahları, Türkiyədə geniş təcrübə keçmiş yüksək ixtisaslı ustaları, çatdırılma və quraşdırma üçün nəqliyyat vasitələri vardır.

“AMASS Group” sənaye və ticarət şirkətinin Bakı şəhərində ofisi fəaliyyət göstərir. Ofis müştərilərin bütün suallarına cavab verə biləcək mütəxəssislərlə təmin olunmuşdur.

Şirkətə telefonla müraciət etməklə sifariş vermək olar. Firmamız beynəlxalq əlaqələrini də inkişaf etdirərək Türkiyə, Almaniya, Rusiya, Belarus və digər ölkələrdəki aparıcı firmalarla sıx əməkdaşlıq edir. Bu amil işlərimizin keyfiyyətində ən mühüm faktorlardan biridir.

Daha ətraflı oxu